“Hər bir insan doğulduğu gündən etibarən irqindən, dərisinin rəngindən, dilindən, cinsindən, dinindən, siyasi və digər baxışlarından,milli, etnik və sosial mənsubiyyətindən, mənşəyindən, əmlak və rütbə vəziyyətindən və yaşayış yerindən asılı olmayaraq azad və qanun qarşısında bərabərdir”.
Gürcüstan Konstitusiyasının 14-cü maddəsinin bu qeydi ölkədə bərabərliyin konstitusional prinsiplərini təsdiq edir və hər bir insana zəmanət verir ki, onun hər hansı bir əlamətlə fərqinə baxmayaraq, hər kəsə olduğu kimi, ona qarşı da bərabər şəkildə davranılsın. Daha dəqiq olaraq isə, bərabərlik bərabər şəxslər arasında eyni rəftarı, lakin bərabər olmayan şəxslər arasında isə əksini nəzərdə tutur.
Bərabərliyin əhəmiyyəti
İkinci Dünya müharibəsindən sonra bəşəriyyət nəhayətki bərabərliyin əhəmiyyətini anladı və bu prinsipi universal olaraq tanımaq qərarına gəldi. BMT-nın Baş Assambleyası tərəfindən 1948 ci ilin dekabrın 10-da qəbul olunmuş “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi “-nin birinci bəndində belə deyilir : Bütün insanlar öz ləyaqətləri və hüquqları etibarilə azad və bərabər doğulurlar. Onlara ağıl və vicdan bəxş edilib və onlar bir-birinə münasibətdə qardaşlıq ruhunda davranmalıdırlar.
Bərabərlik müasir demokratik dövlətin lazımi elementidir. O, insanların firavanlığının əsas şərtidir, çünki bərabərlik olmadan iqtisadi və siyasi inkişaf mümkün deyil. Əgər hər bir insanın ölkənin iqtisadi prosesinə qoşulmaq, özünün yaradıcılığını inkişaf etdirmək, dövlət vəzifəsini tutmaq və s.imkanı olmazsa, cəmiyyət də çox böyük resurs və imkanlar itirəcək və daima mübarizə rejimində olacaqdır.
Əgər Aleksandr Dyumanı dərisinin rənginə görə təqib edib qul kimi satsaydılar, o yazıçı ola bilməzdi və məşhur ədəbi əsərlər olan “Üç muşketyor”, “Qraf Monte Kristo” və s. yazılmazdı . Həmçinin, Fred Merkurini, onun milliyətinə, cinsi meylinə görə cəmiyyət təqib edib yaradıcılıq prosesinə mane olsaydı, dünya bütün rok-dövrünü itirmiş olardı.
Qeyd olunmalıdır ki, Gürcüstanda bərabərlik ideyası yeni yaranmış anlayış deyil. O, bizim tarixi seçimimizdir və bunu 19-cu əsrin gürcü ictimai xadimlərinin düşüncələri təsdiq edir. İlya Çavçavadze yazırdı: “ Hər kəs bilir ki, hazırkıdövrdə milliyyətə görə , təqib və nifrət bir-biri ilə yaxşı keçinməmək, sən fərqli toxumdansan, mən fərqli toxumdanam deyə bərabər yaşaya bilmərik fikri yalnız savadsız və dünya görüşü olmayan insana xasdır”. Bərabərlik prinsipi haqqında həmçinin İakob Qoqebaşvili də danışıdı. Hüquq bərabərliyi prinsipi müxtəlif icma ünsurları arasında insani asılılığı gücləndirir, qarşılıqlı sevgi və güvən yaradır. Yerli və yerli olmayan ünsurlar arasında məhsuldar qarşılıqlı təsirə və məqsədə çatmaq üçün yekdil mübarizəyə imkan yaradır… Dar irqi xüsusiyyətlə diktə edilən repressiv tədbirlər sadəcə mənfi təsir göstərə bilər”.
Bərabərlik və tolerantlıq
Bərabərlik anlayışı ilə tolerantlıq anlayışının sıx əlaqəsi var. 1955-ci ilin 16 noyabr taixində UNESCO-nun təşəbbüsü ilə BMT-nin üzv ölkələri tərəfindən qəbul olunmuş tolerantlıq prinsiplərinin bəyannaməsində qeyd olunur ki: “Tolerantıq, -rəngarənglikdə azadlıqdır. Bu, təkcə mənəvi borc deyil, həm də siyasi və hüquqi tələbdir. Toleantlıq-mərhəmətdir ki,sülh və müharibə mədəniyyətinin sülh mədəniyyəti ilə əvəz edilməsinə imkan yaradır.”
Həmin bəyannaməyə əsasən, tolerantlıq - dünya mədəniyyətlərinin zənginrəngarəngliyinə, özünü ifadəetmə formalarına və insanın fərdiliyinin büruzə edilməsinə hörmətlə yanaşmaq, qəbul etmək və düzgün anlamaqdır. Buna bilik, açıqlılıq, əlaqə və fikir, vicdan və mövqe baxımından azadlıq imkan yaradır.
Hər ilin 16 noyabrında dünya və o cümlədən, Gürcüstan da tolerantlığın beynəlxalq gününü qeyd edir.
Diskriminasiyanın qadağan olunması
Bərabərlik anlayışı birbaşa diskriminasiyanın qadağan olunması ilə əlaqəlidir. Diskriminasiya obyektiv və düşüncəli bir səbəb olmadan, hər hansı əlamətlərinə görə, insanlara qarşı qeyri-bərabər və ədalətsiz şəkildə davranışdır. Bütün diferensiyalar (fərqli davranış) diskriminasiya sayılmır, məsələn, dövlət tərəfindən görmə məhdudiyyətli şəxsə sürücülük vəsiqəsini verməmək bərabərlik hüququnu pozmaq deyil, çünki bu halda dövlətin qanuni səbəbi var - təhlükəsizliyin qorunması.
Girişdə Gürcüstan Konstitusiyasının11-cü maddəsini qeyd etdik, bir baxışdan o,diskriminasiya əlamətlərini ətraflı şəkildə sadalayır, lakin Konstitusiya məhkəməsi tərəfindən bərqərar olunan təcrübə ilə Gürcüstan konstitusiyasının 11-cü maddəsinin məzmunu açıqdır və onda diskriminasiyanın bütün əlamətləri nəzərdə tutulur. Beləliklə normada olan siyahı ətraflı deyil, diskriminasiya əlamətini isə diskriminasiyaya təkan verəcək hər hansı hal təqdim edə bilər.
Birbaşa və dolayı diskriminasiya mövcuddur. Birbaşa diskriminasiya elə bir davranış və ya şərtlərin hazırlanmasıdır ki, bundan da hər hansı bir şəxsi təyin edilən hüquqlarla faydalandıqda və ya analoji şərtlərdə olan başqa şəxslə müqayisədə hər hansı bir əlamətə görə əlverişsiz vəziyyətə salır. Məsələn, hər hansı dövlət müəssisəsi cinsiyyətə görə giriş hüququnu yalnız kişilərə verərsə, bu birbaşa diskriminasiyadır və ya Gürcüstanda torpaq satınalma hüququna, başqa ölkələrin vətəndaşları yaxud da vətəndaşlığı olmayan şəxslər deyil, yalnız Gürcüstan vətəndaşları malik olsaydılar.
Dolayı diskriminasiya elə bir vəziyyətdir ki, forma ilə neytral, mahiyyəti ilə diskriminativ hal, meyar və ya təcrübə hər hansı əlamətə görə, şəxsi əlverişsiz şəraitdə, digər şəxslərə nisbətən mövcudluğu ilə qeyri-bərabər vəziyyətə salır. Məsələn, dövlət müəssisələrinə girişin don geyinmiş şəxslərə qadağan olunması dolayı diskriminasiyadır. Bu halda cinsiyyət baxımından birbaşa diskriminasiya deyil, cinsiyyətə görə dolayı diskriminasiya halı baş verir. Çünki gürcü cəmiyyətində donu yalnız qadınlar geyir, müvafiq olaraq, bu qayda yalnız qadınlara təsir edəcək. Dolayı diskriminasiyanın misallarından biri də müəssisələrdə, məsələn məktəblərdə baş örtüyünün qadağan olunmasıdır. Bu qayda bir baxımdan neytraldır və bütün şəxslərə eyni şəkildə toxunur. Lakin o, yalnız dini baxışarldan dolayı (məsələn, müsəlmanlar) baş örtüyünü gəzdirən şəxslərə mənfi təsir göstərəcək (əlverişsiz vəziyyətə salacaq).Müvafiq olaraq bu, dini əlamətlə dolayı yolla diskriminasiyadır.
Hüquq bərabərliyinin bərabərlikdən fərqləndirilməsi önəmlidir, Gürcüstan Konstitusiya Məhkəməsinin təcrübəsinə əsasən, bərabərlik hüququ, bütün insanlara təbiətindən və qabiliyyətindən asılı olmayaraq, eyni şəraitdə rəftar etməyi - bərabərləşdirməni (nəticələrin bərabərliyi) nəzərdə tutmur. Buradan yalnız hər bir konkret münasibət üçün bərabər şəxslər üçün bərabər imkanlar, qeyri-bərabərlər üçün isə əksini yaradan qanunvericilik məkanının yaradılmasıöhdəliyi gəlir (İmkanların bərabərliyi). Bərabərlik ideyasına əsasən, dövlət qeyri-bərabər vəziyyətdə olan insanlara qarşı bərabər şəkildə davranmamalıdır. Qeyd olunmuş pozuntu belə dolayı diskriminasiyadır. Məsələn, hər hansı yerli idarəetmə orqanı səkilər barədə müsabiqə elan etsə və qeyd olunmuş layihə ilə fiziki məhdudiyyətli şəxslər üçün pandusun yerləşdirilməsini nəzərəalmasa o, bərabərliyi pozmuş sayılır. Çünki layihə vasitəsilə yaxşı vəziyyətə gətirilmiş yol hər kəs üçün nəzərdə tutulub, lakin fiziki məhdudiyyətli şəxslər ondan istifadə edə bilməyəcəklər. Bu halda fiziki məhdudiyyətli şəxslər və sərbəst şəkildə hərəkət edən şəxlslər aralarındakı fərqli bacarıqlara görə bərabər insanlar deyillər. Məhz buna görə, hökumət onların fərqli ehtiyacarlını nəzərə alıb onlarla fərqli şəkildə davranmalıdır.
Onu da qeyd etmək lazımdır ki, 2017-ci ildə Gürcüstan Konstitusiyasında edilən dəyişikliklər bərabərlik hüququnun məzmununa təsir edib. Bərabərlik hüququ 2017-ci ilə qədər qüvvədə olan Konstitusiyaya uyğun olaraq imkan bərabərliyini qoruyurdusa, Konstitusiyaya edilən əlavə və dəyişikliklərlə Konstitusiyanın 11-ci maddəsi imkan bərabərliyi ilə birlikdə müəyyən hallarda nəticələrin bərabərliyini də qoruyur. Buna misal olaraq Konstitusiyanın 11-ci maddəsinin 3-cü bəndini göstərmək olar ki, ona görə dövlət qadın və kişilərin əsas bərabərliyini təmin etmək və bərabərsizliyi aradan qaldırmaq üçün xüsusi tədbirlər görür. Konstitusiyanın qeyd olunan müddəasına əsaslanaraq, Gürcüstanın Konstitusiya Məhkəməsi 2020-ci il qərarı ilə,kişilərin və qadınların əsas bərabərliyini təmin etmək məqsədilə, Gürcüstan parlamentinə seçkilərdə qadınların xeyrinə kvotaların təsis edilməsini konstitusiyaya uyğun hesab edib.
İrqindən, dərisinin rəngindən, siyasi baxışlarından, cins və ya başqa bir əlamətindən asılı olmayaraq, fərqliliyin heç bir tipinin digərləri ilə müqayisədə heç bir üstünlüyə sahib olmadığını anlamaq lazımdır. Nəyə əsaslanaraq həyata keçməsindən asılı olmayaraq, diskriminasiyanın hər bir növü bərabər şəkildə qadağandır.
Bərabərlik və diskriminasiyanın qadağan olunması dövlətdə demokratik idarənin əsasıdır. Demokratik dəyərlərin və bərabərlik prinsipinin paylaşılması cəmiyyətin sakit şəkildə yaşamasının zəmanətidir.
Qeyd etmək lazımdır ki, ayrı-seçkiliyin qadağan edilməsi təkcə dövlətin deyil, həm də hər bir vətəndaşın vəzifə borcudur. Bərabərlik hüququ dövlətlə yanaşı, özəl şəxslərə də hər hansı əlamətə görə əsassız ayrı-seçkilik etmələrini qadağan edir. Buna misal olaraq, “Bütün növ ayrı-seçkiliyin aradan qaldırılması haqqında” Gürcüstan qanununu göstərmək olar, onun məqsədi ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaq və Gürcüstan qanunvericiliyi ilə hər hansı fiziki və ya hüquqi şəxs üçün müəyyən edilmiş hüquqlardan bərabər istifadəni təmin etməkdir. Lakin bu öhdəlik insanlara kiminlə dostluq etməli və şəxsi münasibət qurmalı olduqlarını diktə etmək kimi başa düşülməməlidir. Öhdəlik insanların və ya şirkətlərin ictimaiyyətə ictimai xidmət təklif etdiyi hallara şamil edilir. Məsələn, restoranı və ya mehmanxanaları var və buna çıxış da hamı üçün bərabər olmalıdır.
Mətndə dəyişikliklər 31 oktyabr 2023-cü il tarixində edilmişdir. Nəzərə alın ki, videoda qeyd olunan dəyişikliklər edilməyib.