Fəsil 1, Dərs 3

Rəngarəng ətraf mühit

                      

“Biz, insanlara, saysız-hesabsız çalarlarla ölkə verilib”

                                                       Şota Rustaveli

İnsanlar bir birlərindən irq, dərinin rəngi, dil, cins, din, cinsi meyl,  siyasi və ya başqa düşüncələrlə, milli, etnik və sosial mənsubiyyət ya da digər əlamətlərlə fərqlənirlər. Onlar fərqli düşüncələrə, dəyərlərə, adət-ənənələrə,  davranış qaydalarına və s. sahibdirlər.  Bütün cəmiyyətin, onlar arasında bütün azlıqlar qrupunun, cəmiyyət üçün önəmli qəraralma prosesində iştirak etdiyi mühiti biz rəngarəng mühit adlandıra bilərik.

Rəngarənglik bir-birindən fərqli insanların hər bir insanın təkrarolunmazlığı və fərdiliyini tanımaq faktına əsaslanır ki, fərqə baxmayaraq,onlar bir-birinə hörmətlə yanaşır və dərk edirlər və bunun nəticəsində də ölkənin siyasi və sosial həyatında cəmiyyət daha geniş iştirak edir. Bu da demokratik dövlətin ayrılmaz hissəsidir.

Ərazisində müxtəlif irq və etnik mənsubiyyətli əhalinin məskunlaşdığı və bunların arasında bir irq və ya etnosu çoxluq təşkil edən ölkə irqi və etnik baxımdan rəngarəng olan ölkədir. Halbuki, cəmiyyət digər etnik mənsubiyyətli əhaliyə dəeyni şəkildə hörmət edir və tanıyır. Etnik və irqi baxımdan rəngarəngliyin bariz nümunəsi Amerika Birləşmiş Ştatlarıdır. Orada demək olar ki, dünyanın bütün irqindən və etnik mənsubiyyətindən olan insanlar hər növ diskriminasiya xaricində yaşayırlar.

Rəngarəng mühit anlayışı insanların bərabər olduqlarınıntanınması ilə əlaqəlidir. Bu gün bərabərlik bəşəriyyatın ən önəmli kəşfi hesab edilir, lakin, əsrlər boyunca fərqli insanların təqibi, kütləvi qırğın, qan tökən müharibələrin başlanılması adi bir hal idi. İnsanları təqib edirdilər, zorla işlədirdilər və müxtəlif qəddar metodlardan  məhz digər insanlardan hər hansı bir əlamətlə fərqləndiklərinə görə istifadə edirdilər.

Dini baxımından fərqliliyə görə təqib                         

1572-ci ildə Fransada dini əlamətlə kütləvi qırğın başlandı. 24 avqust tarixində Müqəddəs Varfolomey bayramı ərəfəsində Parisdə qugenotların başçılarından biri olanHenri Navarralının toy mərasimi keçirilirdi və mərasimdə çoxlu sayda qugenot iştirak edirdi. Rəqiblər də bu faktdan istifadı etdilər.  Ekaterina Mediçi və katoliklərin rəhbəri hersoq Qiz qugenotlara qarşı hücuma rəhbərlik edirdilər ki, nəticədə minlərlə insanın həyatına son qoyuldu. Bu cür qəddarlığa səbəb isə sadəcə qugenotların fərqli dini idi. Bu fakt tarixə "Varfolomey gecəsi" adı ilə daxil oldu. Lakin bu,qugenotlara qarşı yalnız bir gecəlik hücum deyildi.  Hücumlar Varfolomey gecəsindən əvvəl və daha sonra da davam edirdi və Avropada XVI-XVII  əsrlərdə baş verən dini münaqişələrin yalnız bir hissəsini təşkil edirdi.

Son olaraq dini münaqişələr, əsasən də dini qaynaqdan başlanmış 30 illik müharibə 1648-ci ildə Vestfaliya sülhü ilə başa çatdı. Dini müharibələr Avropaya böyük iqtisadi ziyan gətirdi və əhalini yarıya kimi azaltdı. Xüsusilə Almaniya zərər gördü, bəzi knyazlıqlar müharibədən əvvəlki əhalinin 80-90%-ni itirdi. Sülh yolu ilə son olaraq Avropada dini zəmində aparılan müharibələrə son qoyuldu.Vestfaliya müqaviləsi suveren dövlətlərdən ibarət beynəlxalq sistemin başlanğıcını qoydu. Bütün dövlətlər öz ərazilərində suverendirlər və beynəlxalq arenada isə digər suveren dövlətlərlə bərabərdirlər. Buna görə də post-Vestfaliya beynəlxalq nizamında suveren dövlətlərin bərabərliyi prinsipi bərqərar oldu.

Qaradərili qulların vəziyyəti

15-ci əsrdən 20-ci əsrə kimi milyonlarla qaradərili insan qul alverinin qurbanı oldu. Afrika qitəsindən əhalini gəmilərlə, qeyri-insani şəraitdə aparıb satırdılar, nəticədə onlar plantasiyalarda ağır işi yerinə yetirməli olurdular. Bu tərz qəddar davranışın səbəbi isə ağdərililərin azadlığı idi. Onlar qaradərili insanları dərilərinin rənginə görə insan hesab etmirdilər, onları, vəzifəsi sadəcə işləmək olan əşya və ya mülk olaraq görürdülər.

Ümumi sayda, Afrika ərazisindən 80 milyona yaxın qul aparıldı. Bu, insan hüquqlarının kütləvi pozuntusu çox davam edə bilməzdi. Qul alverinə qarşı mübarizə hələ Avropada başladı: 1787-ci ildə İngiltərədə qul alverinə qarşı Assosiyasiya yarandı, 1792-ci ildə Daniya qul alverini qadağan etdi. Mərhələli şəkildə bütün Avropa miqyasında hərəkatlar başlanıldı, 1890-cı ildə Brüsseldə, 18 ölkənin vətəndaşının quldarlığı qadağan edən aktı  imzaladığı konfrans keçirildi. Qeyd olunmuş akt deyirdi: "Qaradərililərin alveri suda da,  quruda da dayanmalıdır".

ABŞ-da quldarlığın ləğv olunması vətəndaş müharibəsi ilə bağlıdır. 19-cu əsrin əvvəllərində Şimal və Cənub ştatlarında qarşıdurma baş verdi, səbəb isə məcburi əməyə qarşı fərqli baxışlar idi. Bununla yanaşı qulların və kəndlilərin üsyanları başladı. 1854-cü ildə  quldarlığı pisləyən Respublika partiyası yarandı  və 1860-cı ildə seçkilərlə hakimiyyətə gəldi. Bununla, cənub hissəsində üsyan və vətəndaş müharibəsi başladı. Mübarizə şimal tərəfininqələbəsi ilə başa çatdı və nəticədə quldarlıq qadağan olundu. Qeyd olunmalıdır ki, quldarlığın bitməsinin aktiv tərəfdarı Avraam Linkoln idi və onun idarəçiliyi dövründə Konstitusiyanın quldarlığı qadağan edən13-cü düzəlişin qəbul edildiyi respublikalı prezident məhz o idi.

Totalitar rejimlər fərqli insanlara qarşı

İkinci Dünya müharibəsi zamanı faşist Almaniyası avropalı yəhudilərin 60%-nə yaxınını, qaraçıların üçdə birini, 50 000-ə yaxın fiziki məhdudiyyətli şəxsi, 10 000-dən 25 000-ə yaxın homoseksualı və  etnik, dini, cinsi meyl və ya başqa əlamətlə fərqlənən  minlərlə Yahova şahidlərini məhv etdi. Bunun əsas səbəbi olan düşüncəyə əsasən, almanlar yüksək təbəqəni təqdim edirdilər və bu da onların“aşağı irq” nümayəndələrinə nisbətən üstünlük təşkil etdiklərini bildirirdi. Bu hadisələr hal-hazırda Holokost adı ilə tanınır.

Sovet İttifaqında insanları fərqli düşüncəyə, dinə, etnik və digər əlamətlərə görə güllələyirdilər, ac-susuz buraxırdılar və Uzaq Şərqə və Mərkəzi Asiyaya sürgün edirdilər ki, burada da onlar həyatlarını sürgünlükdə başa çatdırırdılar. Sovet İttifaqının siyasi rejimi məqsədyönlü şəkildə insanları Ukraynada məhv edirdi ki,onlarda olan fərqli düşüncələri də məhv etsin. O, qeyd olunmuş planı çörəyin/buğdanın tam müsadirəsi və ümumi aclığınyaranması üçün həyata keçirirdi və nəticədə milyonlarla insanın həyatınason qoyuldu. Bu hadisə tarixə “Qolodomor” adı ilə daxil oldu. 2008-ci ildə Avropa Parlamenti Holodomor-u bəşəriyyətə qarşı törədilən cinayət kimi, 2022-ci ilin dekabrında isə soyqırım kimi tanıdı.  

Sovet İttifaqı dövründə Gürcüstanda tənqidi düşüncələrə sahib insanlar repressiya qurbanları oldular. Etiraz edə bilənləri ya güllələyirdilər, ya da sürgün edirdilər. Həmin insanlar arasında Mixeil Cavaxişvili, Evgeniy Mikeladze, Paolo İaşvili, Titsian Tabidze və başqaları var idi. Sovet İttifaqı dövründə yüzlərlə mədəni tikililər məhv edildi və şəkli dəyişdirildi, dini şəxslər və müxtəlif dini etiqadçılar isə əks-inqilabçı olaraq elan edilib,  güllələnmə və sürgün ilə cəzalandırıldılar.

Beləliklə, tarix boyunca dominant qruplar tərəfindən insanların kütləvi qırğınının səbəbi ən çox hallarda həmin insanların fərqli irqi, cinsi, din, entik mənsubiyyəti və  fərqli düşüncələrə sahib olmaları idi.

Bərabərlik əldə etmək uğrunda mübarizə

Yuxarıda qeyd olunmuş tarixi hadisələr insanları ruhlandırırdı ki, bərabərlik uğrunda mübarizəyə başlasınlar. Bu isə nəticədə, qanlı müharibələri başa çatdırıb dinc yaşayışı təmin edəcəkdi. Tarixdə çoxlu sayda bərabərlik uğrunda mübarizə nümunələri var. Bu nümunələrdən biri 20-ci əsrin əvvəllərində qadınlar hərəkatının(sufrajistlərin) aktivləşməsidir, bundan sonra İngiltərədə qadınlara səsvermə hüquqları verildi.

Buna qədər isə, 1789-1799-cu illərdə Fransa inqilabı nəticəsində monarxiya rejimi sona çatdı. Inqilabın şüarı “Azadlıq, bərabərlik və qardaşlıq” idi.Eləcə də Martin Lüter Kinqin liderliyi ilə kütləvi nümayişlər və vətəndaş aktivizmi nəticəsində ABŞ-da rasizmin qarşısının alınması də qeyd olunmalıdır. Martin Lüter Kinq rasizmə qarşı nümayişlərin lideri və amerikalıların həyatını dəyişdirən şəxs idi. 1963-cü ilin 28 avqustda o, öz tarixi sözünü “mənim xəyalım vardeyə səsləndirdi və Vaşinqtonda Linkolnun heykəli yanında aksiyaya toplaşmış 300 minə yaxın insana müraciət etdi. Bu tədbir Amerikanın tarixi üçün önəmli oldu və bunun nəticəsində “Vətəndaş Hüquqları haqqında”  akt qəbul oldu. Akt ictimai  yerlərdə diskriminasiyanı qadağan edirdi.

Roza Parks da bərabərlik uğrunda mübarizənin nümunəsi hesab olunur. Parks Alabama ştatının Montqomeri şəhərində bələdiyyə avtobusunda baş verən hadisə ilə tanınıb. 1955-ci il dekabrın 1-də o, qanuna tabe olmayıb və sürücünün xahişinə baxmayaraq, ağdərili sərnişinə yer verməkdən imtina edib və buna görə də həbsxanaya salınıb. Parksın həbsi Montqomeri Avtobus Boykotu kimi tanınan ümummilli tətilə səbəb olub. Montqomerinin qaradərili sakinləri 381 gün ərzində şəhərin avtobus şəbəkəsini boykot edərək, piyada, velosiped və ya taksi ilə gedib-gəlirdilər. Qeyri-zorakı etiraz forması öz bəhrəsini verdi və ictimai nəqliyyatda irqi ayrı-seçkilik qanunu ləğv edildi və bu da ABŞ-da qaradərili vətəndaş hüquqları uğrunda mübarizədə ilk böyük qələbə oldu. Sonradan Parksın Müqavimət Aktı və Montqomeri Boykotu irqi ayrı-seçkiliyə qarşı mübarizənin mühüm simvollarına çevrildi.

 

Mətndə dəyişikliklər 31 oktyabr 2023-cü il tarixində edilmişdir. Nəzərə alın ki, videoda qeyd olunan dəyişikliklər edilməyib.

Bu dərs haqqında şərhiniz, məsləhətiniz və ya sualınız varsa: Bizə yazın