Olimpiada 2024

Olimpiadada iştirak etmək üçün , qeydiyyatdan keçin və ya sayta daxil olun.
Olimpiadada iştirak etmək üçün qeydiyyata başlamaq:
Olimpiadada qeydiyyatın sonlandırılması:

Olimpiadanın başlanması:
Olimpiadanın sonlandırılması:

Olimpiadada iştirak qaydaları və şərtləri

“Vətəndaş təhsili hər kəs üçün” saytında qeydiyyatdan keçmiş şagirdlərə 2024-cü ilin Vətəndaş Təhsili Olimpiadasında iştirak etməyi təklif edirik.

 

Olimpiadanın məqsədi

Olimpiadanın məqsədi Vətəndaş təhsilinin popularizə edilməsi və şagirdlər arasında insan hüquqlarının, ümumi dəyərlərin və vətəndaş aktivizminin önəmliliyi barədə məlumatın dərinləşdirilməsidir.

 

Kimlər iştirak edə bilər

Olimpiadada "Vətəndaş təhsili hər kəs üçün" saytında qeydiyyatdan keçmiş ictimai və özəl məktəblərin bütün VII-XII şagirdləri iştirak edə bilər. Olimpiadada iştirak etmək könüllüdür.

 

Azərbaycan dilində olimpiada 2 turda keçirilir: 

Birinci tur:

Saytda qeydiyyatdan keçmiş hər bir şagirdin olimpiadada iştirak etmək hüququ var. "Olimpiadada iştirak etmək" xüsusi funksionalını işarələməklə öz istəyini təsdiq etməlidir.  

Olimpiadada iştirakçıların qeydiyyatı 2024-cü ilin fevralın 22-da başlayacaq və 2024-cü ilin aprelin 30-də, saat 18:00-də başa çatacaq. Olimpiadanın birinci turu 2024-cü ilin 30 may tarixinə kimi davam edəcək.

Olimpiadada iştirak edən şagirdlər mərhələli şəkildə, internet- səhifədə mövcud  dərslərin sayına bərabər olan suallara cavab verməlidirlər. Suallar, internet-səhifədən istifadə zamanı, şagirdin  5 dərsdən hər hansı birini (tam yerinə yerirdiyi) bağladığından sonra əks olunacaq (yəni bu dərslərin növbəti işarələri yaşıl rəngdə olacaq: "oxunub", "çalışma 1 yerinə yetirilib", "çalışma 2 yerinə yetirilib")

İnternet-səhifə şagirdə sualları artıq bitirmiş olduğu dərslərə (yerinə yetirilmiş tapşırıqlara) müvafiq  olaraq təklif edəcək. Müvafiq olaraq, çox dərsi bitirmiş şagirdə sistem daha çox sual təklif edəcək və onun daha çox suala düzgün cavab vermə şansı yaranacaq.

Olimpiadada iştirak edən şagirdlərə sualların təklif olunması əvvəlcədən bildirilməmiş halda baş verəcək. Təklifin əks olunduğu an şagird suala cavab vermək üçün hazır olduğunu bildirməlidi. Əgər, şagirdin həmin an sualı cavablandırması mümkün deyilsə, o suala cavab verməkdən imtina etməlidir və həmin suallar daha sonra əks olunacaq.

Əgər şagird suala cavab vermək üçün hazır olduğunu bildirsə, hər sual üçün ona əvvəlcədən müəyyən edilmiş vaxt veriləcək. Şagird, verilmiş vaxtın bitməsinə kimi sualı cavablandırmasa (səhifəni bağlasa və ya digərinə keçsə) suala cavab səhv sayılacaq. Cavablandırdıqdan sonra şagird cavabın düzgün olub-olmaması barədə məlumat almır.

Ola bilsin ki, şagird eyni zamanda bir neçə suala cavab verməli olsun. Əgər sırada bir neçə sual varsa, şagirdə suallar sıra ilə, bir-birinin ardınca təqdim olunacaq və növbəti sessiyanın suallarının sayı əks olunacaq (məsələn " sual 2  4-dən).

Birinci turda 40-dan yuxarı bal toplayan, yəni 47 sualdan ən azı 41-nə düzgün cavab verən bütün şagirdlər olimpiadanın ikinci mərhələsinə keçəcəklər.

İkinci tur:

Olimpiadanın ikinci mərhələsi 2024-cü ilin iyununda keçiriləcək. Olimpiadanın ikinci turu da onlayn keçiriləcək və iştirakçılar məhdud müddət ərzində esse yazmalıdırlar. Esse münsiflər heyətinin üç üzvü tərəfindən müstəqil olaraq qiymətləndiriləcək və ən yaxşı essenin müəllifi qalib olacaq.

Mükafatlar

Qalib gəlmiş şagirdə hədiyyə olaraq fərdi kompüter və sertifikat veriləcək.

 

Uğurlar arzulayırıq!