Fəsil 1, Dərs 5

Media və informasiya savadı

21-ci  əsrdə texnoloji inkişaf, xüsusilə də, sosial medianın məşhurlaşması və internetdə istifadəçi tərəfindən yaradılan kontentin (user generated content) artan rolu  informasiyanın qavranılması və  mübadiləsi tempini dəyişdi. İnformasiyanın yaradılması və cəmiyyətə çatdırılması yalnız rəsmi/ənənəvi media funksiyasını daşımır. Bu, daha çox məlumatlı olmağı və daha çox demokratikliyi bildirir. Amma müxtəlif qüvvələr bundan sui-istifadə edirlər – mediadan və sosial mediadan alət kimi istifadə edir və ictimai fikrin manipulyasiyası və formalaşdırılması məqsədilə, dezinformasiyanı və yanlış məlumatı yayımlayırlar.

Bir çox hallarda, cəmiyyətin sıravi üzvləri düşünürlər ki, saxta informasiyanın, dezinformasiyanın və xəbərlərin manipulyativ yayılması medianın və siyasətçilərin işidir və hər bir informasiyanın yoxlanılmasına vaxtımız da yoxdur. Amma bu, belə deyil. İstənilən sahədə yanlış informasiyaya rast gəlmək olar, siyasətdə, incəsənətdə, idmanda, əyləncədə və s. Bundan başqa, saxta məlumat, fövqəladə formalara keçib insanın həyatına təhlükə də yarada bilər. Buna misal vaksinasiya haqqında dezinformasiyadır ki, nəticədə insanlar vaksinasiyadan boyun qaçırır, özlərinin və başqalarının sağlamlığını təhlükə altına alırlar. Eləcə də Hindistanda kütləvi yayılmış saxta informasiyanı yadımıza sala bilərik,  bu da insan ölümünə, cəmiyyətdə çaxnaşmaya səbəb oldu. Xeyriyyə təşkilatı Hindistanda uşaqların oğurlanması mövzusunda sosial video hazırlamışdı. Videoda kişinin uşağı necə “oğurlaması”, sonra geri qaytarması, “Küçələrdən uşaqların oğurlanmasına yalnız bir saniyə lazımdır” yazısı ilə baner səhnəsi canlandırılmışdı. Bu video WhatsApp-daredaktə edilmiş şəkildə yayımlandı, – vidoenun kişinin uşağı geri qaytardığı hissəsi kəsilmişdi, buna görə də  istifadəçilər düşünürdülər ki, kişi uşağı həqiqətən də qaçırmışdı. Hindistandakı kəndlərdən birində 26 yaşlı kişini videoda çəkilmiş kişiyə bənzətdilər, uşaq oğurluğunda ittiham edərək, ona divan tutdular. Kişi xəstəxanaya yerləşdirilənə qədər dünyasını dəyişdi. 

Bir çox hallarda, dezinformasiya ilə mübarizə metodları üzrə diskussiyada informasiyanı məhdudlaşdırmaq və ya qadağa həvəsi baş qaldırır. İnformasiya azadlığı və ifadə azadlığının demokratik cəmiyyətin özəyindən biri olduğunu başa düşməliyik. İnsan Hüquqlarının və Azadlıqlarının Avropa Konvensiyası ilə zəmin edilmiş ifadə azadlığı yalnız milli təhlükəsizliyin, ərazi bütövlüyünün və ya ictimai təhlükəsizliyin maraqları üçün,  pozuntuların və ya cinayətin qarşısını almaq, sağlamlığa və ya asayişə əməl etmək, başqalarının nüfuz və ya hüquqlarını qorumaq, məxfi məlumatın açıqlanmasının qarşısını almaq və ya məhkəmə hakimiyyətinin nüfuz və qərəzsizliyini qoruyub saxlamaq üçün məhdudlaşdırıla bilər. Bu cür məhdudiyyət eyni zamanda qanunla nəzərdə tutulursa, legitim məqsədə xidmət edir və demokratik cəmiyyətdə vacibdir. Nisbətən zəif olan demokratik ölkələrdə, hakimiyyətlər həvəslənirlər ki, dezinformasiya və saxta informasiya ilə mübarizə motivi ilə hakimiyyətə qarşı tənqidi səsi məhdudlaşdırsınlar, bundan irəli gələrək, informasiyanın məhdudlaşdırılması cəhdlərinə ehtiyatla yanaşılmalı və bunları da ciddi sınaqdan keçirməlidirlər.

Hal-hazırda dezinformasiya ilə mübarizənin ən qəbul edilən və yayılmış metodu geniş cəmiyyətdə media və informasiya savadı (MIL) bacarıqlarının artırılmasıdır.

Savadhərfi mənası yazı-oxu biliyi deməkdir. Media və informasiya savadı isə medianın necə işlədiyini başa düşmək və medianın hər növündən təhlükəsiz, ağlabatan şəkildə və məsuliyyətlə istifadə edə bilmək bacarığıdır. Media və informasiya savadı çətir konsepsiyasıdır və bu da fərdə imkan verir: a) mediaya əli çatsın; b) medianın məzmununu tənqidi analiz etsin; c) media məhsulu yaratsın; və ç) media ilə birlikdə hərəkət etsin.  Birləşmiş Millətlərin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) media və informasiya savad konsepsiyasını bərabərlik və insan hüquqları kontekstində təhlil edir və bu da fərdə eyniliyini formalaşdırmaqda, dərk etməkdə və informasiya xaosunda səmtləşmədə yardım edir.

İnformasiya xaosu

Müasir informasiya mühiti kifayət qədər komplekslidir. Onda sözlərə, terminlərə və izahatlara xüsusi önəm verilir. Manipulyativ, dezinformasiya yaradan, siyasi qərəzli məzmuna malik və hətta bizim inamımız, dəyərlərimiz və ya siyasi zövqümüz üçün qəbul edilməz olan informasiyanı bir çox hallarda, b.a. “feyk nyus” (fake news), yəni saxta informasiya kimi qiymətləndiririk və bu da sözügedən informasiya xaosunda səmtləşməyi çətinləşdirir, müəyyən qismdə problemi kiçildir və saxta informasiyanı yayanların işini asanlaşdırır. Bir çox hallarda, siyasətçilər onlara qarşı tənqidi məlumatı “feyk nyus” adlandırırlar və bununla da həmin informasiyanın məzmunu haqqında söhbətdən boyun qaçırırlar. Məhz bunun üçün də işimizin hansı növdə informasiya manipulyasiyaları ilə olduğunu fərqləndirə bilməliyik və bunlardan hər birinin ziyan dərəcəsini qiymətləndirməliyik.

İnformasiya xaosunun 7 növünü ayırırlar:

  1. Satira və parodiya
  2. Aldadıcı əlaqələr
  3. Aldadıcı məzmun
  4. Aldadıcı kontekst
  5. Qondarma məzmun
  6. Manipulyativ məzmun
  7. Saxtalaşdırılmış məzmun

Satira və ya parodiya

Satira və parodiya vəziyyətin təsviri və bu vəziyyətə olan yanaşmanın ifadə edilməsinin ən qədim metodudur və müxtəlif incəsənət formalarında, o cümlədən filmlərdə, rəssamlıqda, ədəbiyyatda və başqa sahələrdə istifadə olunur. Satira mediada da mövcuddur və onun məqsədi siyasi və ya sosial mühitin mübaliğə edilməsi üçün əhvalatların uydurulmasıdır. Məğzi ilə, satirik media da saxta məlumatdır, çünki əhvalatları uydurur, amma burada önəmli test şəffaflıqdır. Satirik media nəşrlər öz saytlarında hər zaman istifadəçiləri xəbərdar edirlər ki, onların məzmunu satirik, uydurmadır və onu real informasiya kimi qəbul etmək lazım deyil. Gürcüstanda belə bir nəşr Chiti.ge-dir. Məhz bu şəffaflıq satirik medianı saxta informasiyanın başqa yayımçılarından fərqləndirir, çünki bunların məqsədi bizi çaşqınlığa salmaq, aldatmaq və fikrimizlə manipulyasiya etməkdir.

Amma hal-hazırda satirik medianın bu çoxillik ənənəsindən sui-istifadə edilir. Bir çox hallarda, qəsdən, xüsusilə də dini, etnik və cinsi azlıqlara qarşı  nifrət oyadan məzmun satira və parodiya ilə örtülür, cəmiyyətin polarizasiyasına və bölünməsinə səbəb olur.  Cəmiyyətdə müxtəlifliklə mübarizə aparan qüvvələr satirik mediada sığınacaq tapmışlar. Buna görə də satirik məzmuna xüsusi diqqətlə yanaşmaq lazımdır. 

Satirik məzmunla bağlı daha bir çağırış da odur ki, sosial mediada yayımlandıqda, şarj, parodiya, ironiya və ya yumor, bir qayda olaraq, virus kimi yayımlanır. Bu zaman informasiyanın qəbuledicisi ilkin qaynaqla əlaqəni itirir və tanış olduğu informasiyanın həqiqətdə satira olduğunu anlamaqda çətinlik çəkir. Bir çox hallarda, dezinformasiyanı yayanlar satirik ilkin qaynağı qəsdən gizlədir, informasiyanın qondarma olduğunu göstərmir, real, danılmaz kimi yayımlayır və istifadəçiləri aldadırlar.

Məsələn, 2018-ci ildə onlayn media və sosial şəbəkədə informasiya yayıldı ki, guya Niderlandlarda qəbul edilən yeni qanuna əsasən, LGBT hüquqlarına qarşı  çıxan valideynləri cərimələndirir və valideynlik hüququndan məhrum edirlər. Bu informasiyanı “miflərin detektoru” yoxladı və məlum oldu ki, xəbəri Rusiyanın satirik nəşri yayımlamış və tamamilə qondarma idi.

Aldadıcı əlaqələr

Aldadıcı əlaqələr zamanı informasiyanın başlığı, əlavə edilmiş foto və ya qısaldılmış təsvir informasiyanın əsas məzmununa uyğun olmur. Daha sadə dildə desək, başlıq/foto başqa ola bilər, məqalənin məzmunu isə tamamilə başqa.

Nə üçün bədxah qüvvələr bu metoda müraciət edirlər? Sosial şəbəkədə informasiya saytlarından informasiya bizə qədər növbəti vizualla gəlir – biz yalnız başlığı, saytın adını, fotonu, və bir çox hallarda, post şəklində informasiyanın qısa məzmununu görə bilirik. Tez-tez yalnız bu informasiyaya istinad edərək, axıra qədər oxumadan məqalələrlə paylaşırıq. Bədxah qüvvələr də məhz bundan sui-istifadə edirlər.

Bir çox hallarda bu metoda belə adlanan clickbait saytları müraciət edirlər. Bu termin iki ingilis sözündən ibarətdir - click yəniklikləmə“, linkə keçid və bait yəni tələyə salmaq deməkdir.Bu növ saytların məqsədi ondan ibarətdir ki, onların linklərini daha çox istifadəçi “klikləsin”, “kliklərin” sayı isə onlar üçün maliyyə gəlirinə bərabərdir. Məhz bu məqsədlə, “klikbayt”, yəni yalançı saytlar bu linklərə keçid təkanını verən fotolardan və başlıqlardan istifadə edirlər.  “Klikbayt” başlıqlarda tez-tez kəskin, emosional sözlərin və ya başlığın yarımçıq kəsilmiş formalarına təsadüf edirik ki, burada məlumat bütövlükdə verilmir, məsələn, “Bunu hər kəs görməlidir! Linkə keç və xəbər tut....” Eləcə də “klikbayt” saytlar üçün qeyri-estetik dizayn və sayrışan reklamlar xarakterikdir.

Aldadıcı  məzmun

Aldadıcı məzmunun bir çox texnikası mövcuddur, bunların arasında kontekstin təhrif edilməsi, seçilmiş faktların yayımlandırılması, statistika və rəqəmlərlə manipulyasiya, müsahibənin saxtalaşdırılması vardır ki, bu sonuncu da yayımçının gündəliyindən xəbər verir, konkret fərdə və ya qrupa qarşı ilkin əhval-ruhiyyə yaradır və istifadəçini tam məlumatlandırmır. 

Aldadıcı məzmuna misal olaraq xalq müvəkkilinə qarşı diskreditasiya kampaniyasını nəzərdən keçirə bilərik. Sosial şəbəkədə dəfələrlə xalq müvəkkili Nino Lomjarianın saxtalaşdırılmış, təhrif edilmiş sitatları və ya xalq müvəkkilinin hesabatlarından kontekstsiz qopardılmış hissələri yayılmışdır. Məsələn, 2021-ci ilin martında feysbukda informasiya virusu yayıldı ki, sanki xalq müvəkkilinin hesabatı LGBT hüquqlarının vətəndaş nikahının/tərəfdaşlığının tanınmasına səsləyirdi. Buna Nino Lomjarianın adından yayılmış saxta elanlar da əlavə olunurdu ki, transgenderlərin uşaq götürmə hüquqları da olmalıdır. Əslində isə, hesabatda diqqət LGBT icmasının toplanma və söz azadlığına yönəlmişdi, nikah və uşaq götürmə hüququ barəsində söhbət belə olmamışdı.  

Aldadıcı məzmunun tapılması və analizi digər növdə məlumat manipulyasiyaları ilə müqayisədə, daha çətindir, çünki tez-tez faktlara istinad edir və burada başlıca çağırış kontekstdir.

Aldadıcı kontekst

İnformasiya xaosunun bu kateqoriyası elə bir məzmunu təsvir edir ki, bu da ayrıca götürülmüş həqiqətdir, halbuki informasiya qəbuledicisi bunu tamamilə başqa kontekstdə yayılmış hesab edir. Bir çox hallarda nifrət oyadan qruplar bu metoddan miqrantlara, cinsi və dini azlıqlara qarşı istifadə edirlər. 

Məsələn, 2018-ci ildə feysbukda informasiya yayıldı ki, guya mayın 17-də homofobiya və transfobiya ilə beynəlxalq mübarizə günündə Yunanıstanda LGBT aktivistləri kilsədə ikonalara ziyan yetirmişlər.  Bu məlumata ziyan vurulmuş ikonaların fotoları da əlavə olunurdu.

მითების დეტექტორი
Qaynaq:Miflər detektoru

Bu misalda foto gerçəkdir, dəyişdirilməmişdir – ikonalara həqiqətən də xəsarət yetirilmişdir, amma LGBT icması tərəfindən deyil, yerli anarxist qruplar tərəfindən və həm də 2018-ci ildə deyil, bir az əvvəl, 2010-cu ildə. Bu qayda ilə konkret qruplara, bu halda da LGBT icmasına qarşı aldadıcı kontekst yaranır. Tez-tez bu metod kifayət qədər qorxulu formalar da alır, çünki camaat arasındakı qorxuları və emosiyaları manipulyasiya etməklə, belə bir informasiyanın qəsdən aldadıcı kontekstlə yayımı fiziki zorakılığı həvəsləndirə bilər.

Qondarma məzmun

Bir çox hallarda, yanlış və ya aldadıcı məzmunun yayımçıları bizə yaxşı məlum olan brendlərdən, loqolardan və sloqanlardan istifadə edirlər, yəni çox yaxşı tanıdığımız və etibarlılığı ilə seçilən media nəşrlərin adlarından istifadə edirlər. Bu metodun məqsədi ondan ibarətdir ki, yanlış informasiya istifadəçi üçün asanlıqla tapılan olmasın və istifadəçidə informasiyanın etibarlı qaynaqdan aldığı hissi yaransın.

Bu məqsədlə tez-tez qondarma saytlara təsadüf edirik, bunlar da BBC, CNN, Guardian, ABC News və s. kimi tanınmış media nəşrlərin brendlərini saxtalaşdırırlar. Bu zaman tanınmış mediaların loqolarından istifadə olunur və ya vebsaytların ünvanları maksimal olaraq məşhur mediaların saytlarına yaxınlaşdırılırlar. Məsələn, həqiqi BBC saytının ünvanı BBC.com olduğu halda, qondarma saytın ünvanı belə ola bilər - bbc.com.co, bbc.com.ge və s.

Manipulyativ məzmun

Real informasiyanın məzmunu üzərində texniki işlənildiyi halda, informasiya manipulyativdir. Bir çox hallarda, bu metod vizuala  (foto/videoya) müraciət edir. Vizualın istifadəçiyə xüsusi təsiri var, fotoları və xüsusilə də videoları danılmaz fakt hesab edirik, amma bizə təsir məqsədilə, vizualı tez-tez saxtalaşdırırlar. Bu metodun bir qismi kimi Deep Fake-ləri hesab etmək olar, yəni texniki saxtalaşdırılmış videoları və ya proqramla yaradılmış fotoları da.

Saxtalaşdırılmış məzmun

100% saxta olan informasiya saxtalaşdırılmışdır, yəni işimiz manipulyasiya, yanlış kontekstlə və ya vizual qismi dəyişdirmə ilə deyil, tamamilə uydurulmuş informasiya ilədir.

Satira və parodiya

 

Niyyəti ziyan yetirmək deyil, amma aldatma potensialı var

 

Aldadıcı məzmun

 

İnformasiyanın elə istifadəsidir ki, məsələ və ya fərd haqqında yanlış təəssürat yaransın.

Qondarma məzmun

 

Həqiqi qaynaqlar eyniləşdirilməmişdir.

Saxtalaşdırılmış məzmun

100% yalançı material, bu da aldatmaq və ziyan yetirmək məqsədilə yaradılmışdır

Aldadıcı əlaqələr

Başlıqlar, vizual material və ya vizual materialın yazıları məzmuna uyğun gəlmirlər.

 

Yalançı konktekst

Həqiqi əhvalat yanlış kontekstdə ötürülmüşdür.

Manipulyativ məzmun

Həqiqi informasiyanın və ya təsvirin aldadıcı məqsədlə manipulyasiya edilməsi

 

İnformasiya xaosunun 7 növü - qaynaq: firstdraftnews.org

 

İnformasiyanın yoxlanılmasının praktiki üsulları

Media və informasiya savadı bacarıqlarının inkişafı ilə birlikdə “faktçekinq”, yəni faktların yoxlanılması dezinformasiya və informasiya manipulyasiyaları ilə mübarizə metodlarından biridir. Faktların yoxlanılması, bir tərəfdən, tənqidi təfəkkürün inkişafında da bizə yardım edir və bu da son nəticədə, həyat tərzimizə çevrilir.

Faktların yoxlanılması nəinki mediada və sosial mediada yayılmış informasiyaya qarşı lazımdır, eləcə də istənilən sahədə, o cümlədən, bizim peşələrimizdə də. Bu fəallıq bizə yardım edir ki, bizə gələn informasiyaya tənqidsiz inanmayaq və yalnız danılmaz faktları özümüz öyrəndikdən sonra qəbul edək. Digər tərəfdən, faktların yoxlanılması prosesi dezinformasiya araşdırıcılarını dezinformasiyanı yayan qrupların metodlarını və taktikalarını öyrənməkdə də yardım edir.

Mətni məlumatı, xüsusilə də xəbərlər mediasında, bir qayda olaraq, vizual material müşayiət edir  - foto və ya video. Müvafiq olaraq, informasiyanın analizi zamanı, vizualı da bu informasiyanın elementi kimi təhlil etməliyik.

Dezinformasiyanı yayımlayan qaynaqlar bir çox hallarda vizual manipulyasiyalara üz tuturlar, çünki vizual, mətndən fərqli olaraq, informasiyanın qəbuledicisinə daha çox emosional təsir göstərə bilər. “Medianın İnkişafı Fondu” vizual manipulyasiyanın üç formasını ayırır:

a. Foto/video, bu da texniki cəhətdən saxtalaşdırılmış və ya üzərində işlənilmişdir   - buna misal olaraq fotoşopda işlənilmiş fotoları və ya Deep Fake texnologiyası ilə yaradılmış videoları təhlil edə bilərik.

b. Filmin, reklamın, qrafiki oyunun fraqmentibu cür kadrlardan bir çox hallarda auditoriyada daha çox kəskinliyin və emosiyalara təsirin göstərilməsi üçün istifadə edirlər.   

c. Realfoto/video, manipulyativ təsvirlə yayımlanırbu, vizual manipulyasiyaların ən çox yayılmış üsuludur. Bu zaman fotonu/videonu müşayiət edən məzmun saxtalaşdırılmış olur. Həm hadisənin təsviri bütövlükdə, eləcə də çəkiliş yeri, vaxtı, şəxslərin kimliyi və s. saxtalaşdırıla bilər.

Vizual manipulyasiya ilə işimizin olub-olmadığını təyin etmək üçün foto/video axtarış sistemlərinin vasitəsilə yoxlamalı və onun yayılmasının ilkin qaynağını tapmalıyıq. Bu yolla biləcəyik ki, ilk dəfə vizual harada və nə vaxt yayılmış və onun hansı real məzmunu var idi. Bunun üçün faktçekerlər bir neçə axtarış sisteminə müraciət edirlər, o cümlədən Google Images, Tineye Yandex Images. Bu sistemlərdə fotonun axtarışı üçün iki üsul mövcuddur. 1. Bizə maraqlı fotonu desktopa yükləyirik, sonra hər hansı bir axtarış sistemini açırıq, məsələn, images.google.com, fotonu uyğun sətrə yükləyirik və axtarış nəticələrini analiz edirik. 2. Google Chrome-dan istifadə edildiyi halda, mausu maraqlandığımız fotoya yaxınlaşdırırıq, mausun sağ düyməsində  search Google for image (Google-da fotonu axtarmaq) seçirik, axtarış nəticələrini analiz edirik.

Videolar halında iş bir qədər çətinləşir. Fotolardan fərqli olaraq, axtarış sistemi yoxdur ki, videonu yükləsin və yayım sahəsini analiz etsin. Videonu yoxladıqda, videoya çoxlu kadrın, yəni fotonun birliyi kimi baxmalıyıq. Müvafiq olaraq, birinci sırada, videonu kadrlara kəsmək, sonra da bu kadrların fotolarını axtarış sistemlərində yoxlamaq lazımdır. Videoların kadrlara kəsilməsi üçün ən faydalı - InVid Verification Plugin - brauzerin genişləndirilməsi resursudur və bu da texniki biliyi və proqramların kompüterlərə köçürülməsini tələb etmir.  

Bu resursların istifadəsinin xırdalıqlarla təlimatı, o cümlədən, vizual köməkçi materialı “Medianın İnkişafı Fondunun” media və informasiya savadı resurslarının laborator internet səhifəsindən izləyə bilərsiniz.

 

Bu dərs haqqında şərhiniz, məsləhətiniz və ya sualınız varsa: Bizə yazın